Dərzilik
Tərzini Özün Yarat – Peşəkar Dərzilik Kursları
Tekstil sektoru bu gün dünyanın ən sürətlə inkişaf edən və daim tələbat olan sahələrindən biridir. Əgər sən də öz tərzini yaratmaq, peşəkar tikiş bacarıqları qazanmaq və bu sahəni gəlirli biznesə çevirmək istəyirsənsə, dərzilik kurslarımız məhz sənin üçündür.
Mərkəzimizdə dərslər sahəsində uzun illər təcrübəyə malik peşəkar müəllimlər tərəfindən keçirilir. Təlim proqramı həm nəzəri, həm də tam praktiki əsaslı şəkildə qurulub. Kurs müddətində sən parça seçiminin incəliklərini, müxtəlif materiallara uyğun tikiş üsullarını, xüsusi tikiş texnikalarını və müasir tikiş avadanlıqları ilə işləmə qaydalarını dərindən öyrənəcəksən.
Kurs Proqramına Daxildir
-
Çertyojların düzgün və peşəkar çəkilməsi
-
Ölçülərin dəqiq götürülməsi
-
Parça hesabatının aparılması
-
Lekalın hazırlanması və çıxarılması
-
Kəsim texnikaları
-
Qadın və kişi geyimlərinin tikilməsi
-
Moda eskizi və dizayn əsasları
Niyə Məhz Bizim Kurs?
✔ Tam təchiz olunmuş tikiş mühiti
✔ Praktiki dərslər – öyrənərək tətbiq et
✔ Qısa müddətdə real nəticə
✔ Yaş məhdudiyyəti yoxdur
✔ Peşəkar inkişaf üçün 100% dəstək
Dərslərimizdə əylənərək öyrənəcək, qısa zaman ərzində tikiş sahəsində özünüzə inam qazanacaqsınız.
Dərs Qrafiki və Ödəniş
-
Həftədə 3 dəfə 60 dəqiqə
və ya -
Həftədə 2 dəfə 90 dəqiqə
Sertifikat
Kursu uğurla başa vuran hər bir tələbəyə RƏSMİ sertifikat təqdim olunur.